Qızına sevgilisi ilə görüşü qadağan etdi, başını kəsdilər
15 fevral 2024 17:42 (UTC +04:00)

Qızına sevgilisi ilə görüşü qadağan etdi, başını kəsdilər

Hindistanda bir qız sevgilisinin köməyi ilə onun münasibətinə qarşı çıxan atasını öldürüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Karnataka ştatının Kuniqal şəhərindən olan 47 yaşlı Mariyappa adlı məktəb müəllimi qızı Hemlataya sevgilisi ilə görüşməyi qadağan edib. Ata qızının sevgilisi Şanthakumara hücum edərək ondan uzaq durmasını tələb edib.

Sonra Hemlata və sevgilisi Mariyappanı aradan götürmək qərarına gəliblər. Cinayəti törətmək üçün onlar beş nəfərlə birləşiblər. Üstəlik, Mariyappanın arvadı da onlara qoşulub. Cinayətkarlar kişi işdən evə qayıdarkən onu yoldan çıxarıb və hücum ediblər. Hücum zamanı Mariyappenin başı kəsilib.

Hemlata şübhəni özündən yayındırmağa çalışaraq hadisəni dərhal polisə xəbər verib. Buna baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma zamanı onun cinayətdə əli olduğunu müəyyən ediblər. Qətlin digər iştirakçıları da tapılaraq həbs edilib.

# 5049
avatar

Oxşar yazılar