Qaxda məktəbli güllələnib.
Lent.az xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb.
Kənd sakini olan 14 yaşlı Səfər Orucov (ad və soyad şərtidir) naməlum şəraitdə tir tüfəngindən açılan atəş nəticəsində güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Yaralının orta məktəbin 8-ci sinfində təhsil aldığı bildirilir.