Qaradağda iki gəncin mübahisəsi birinin qətli ilə  nəticələndi
27 oktyabr 2024 23:20 (UTC +04:00)

Qaradağda iki gəncin mübahisəsi birinin qətli ilə nəticələndi

Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Lent.az xəbər verir ki, bu barədə Qaradağ rayon prokurorluğu məlumat yayıb.

Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 32 yaşlı  Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 24 yaşlı Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710
avatar

Oxşar yazılar