"Qanuni oğru" və ona kömək edən polkovnik-leytenanta HÖKM OXUNDU
31 may 2025 19:00 (UTC +04:00)

"Qanuni oğru" və ona kömək edən polkovnik-leytenanta HÖKM OXUNDU

Rusiyanın Lipetsk Vilayət Məhkəməsi kriminal avtoritetə və həbsxana əməkdaşına qarşı çoxcildlik cinayət işinə baxıb. Regional məhkəmə sisteminin Birləşmiş Mətbuat Xidmətinin məlumatına görə, müstəntiqlərin fikrincə, “qanuni oğru” ilə cinayət əlaqəsinə girən beş məhbus və həbsxananın keçmiş rəis müavini müttəhimlər kürsüsünə düşüb.

Lent.az xəbər verir ki, 45 yaşlı, Gürcüstan əsilli “Giya Samtredski” ləqəbli şəxs kriminal aləmdə “qanuni oğru” kimi tanınır. O, cinayət məsuliyyətinə cəlb olunmuş məhbusları cəza çəkdikləri müddətdə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Lipetsk vilayətindəki FKQ T-2 cəzaçəkmə müəssisəsində “nəzarətçi” təyin edib. Həmin cəzaçəkmə müəssisəsinin sabiq rəis müavini isə cinayətkarlara hər cür kömək göstərib, o cümlədən ekstremist təşkilatın yaradılmasına da yardım edib.

"Giya Samtredski” Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında yüksək vəzifə tutma) və 282.2-cimaddələri ilə (ekstremist təşkilatın fəaliyyətinin təşkili) cinayət törətməkdə təqsirli bilinib.

O, 3 milyon rubl cərimə ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsxananın rəis müavini isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və cinayətkarlara kömək etməkdə təqsirli bilinib. Adama 9 il il yarım azadlığın məhdudlaşdırılması cəzası verilib. Bundan əlavə, məhkəmənin hökmü ilə o, “daxili xidmət polkovnik-leytenantı” xüsusi rütbəsindən məhrum edilib.

Cinayət işi üzrə qalan təqsirləndirilən şəxslər ekstremist təşkilatın fəaliyyətində iştirakda təqsirli biliniblər. Onların hər biri 10 ay müddətinə azadlığı məhdudlaşdırılmaqla 5 ildən 5 il yarımadək müddətə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590

Oxşar yazılar