Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərində baş verib. Suriyalı 30 yaşlı evli bir qadın öldürülərək, heyvan gübrəsinin içərisinə atılıb.
Faktla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. Cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Həmçinin saxlanılanların sayının artacağı istisna edilmir.
Araşdırmalar davam etdirilir.