Qadın ona işləməyə icazə verməyən ərini yandırdı
19 sentyabr 2025 17:48 (UTC +04:00)

Qadın ona işləməyə icazə verməyən ərini yandırdı

0

Hindistanda qadın işləməyinə icazə verməyən ərinin üstünə qaynayan yağ töküb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 30 yaşlı Divya Bharati uzun müddətdir münaqişə yaşadığı 41 yaşlı S. Kannanın ayaqlarına yağ töküb. Qazma qurğusunda operator işləyən Kannan həyat yoldaşının düyü dəyirmanında işləməsinə qarşı çıxırdı. Bu səbəbdən ər-arvad arasında tez-tez mübahisələr olurdu.

İstintaqın məlumatına görə, növbəti mübahisədən sonra Kannan yatmağa gedib, qadın isə yemək bişirdiyi qabdakı qaynayan yağı otağa gətirib və ərinin dizdən aşağı hər iki ayağına töküb. Kannan ağrıdan qışqırıb, qonşular isə onu təcili olaraq Kattumannarkoil Dövlət Xəstəxanasına aparıblar.

Həkimlər kişinin aşağı ətraflarında 10-cu dərəcəli yanıq xəsarətləri olduğunu təsdiqləyiblər. Onun vəziyyəti sabit kimi qiymətləndirilir.

Zərərçəkənin şikayəti əsasında polis cinayət işi açıb və qadını həbs edib. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar