Türkiyədə qadın ərini öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sakarya vilayətinin Taraklı qəsəbəsində baş verib. Psixoloji müalicə alan 40 yaşlı Emine B. əri 43 yaşlı Eyüp B.-ni yatdığı yerdə bıçaqlayaraq öldürüb.
Qadın yataq otağından çıxarkən öz atasını dəhlizdə görüb və onu da boğaraq öldürməyə çalışıb. Lakin yaşlı kişinin qışqırıq səsini eşidən qadının qızı babasını xilas edə bilib. Ailə üzvlərinin zəngi ilə polis əməkdaşları evə gəlib.
Qadın saxlanılıb.