Türkiyədə daha bir cinayətkar qruplaşmaya qarşı irimiqyaslı əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, “Buludlar mafiyası” adlanan qruplaşmaya qarşı əməliyyatlar Tekirdağ, Kırklareli, Çanakkale, Antalya, İstanbul, Hatay, Samsun ve Kars şəhərlərində baş tutub.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, nəticədə 25 mafiya üzvü və onlara məxsus 9 ədəd sənədsiz tapança ələ keçirilib. Bununla da cinayətkar qruplaşma çökdürülüb.
Mafiyanın əyləncə məkanlarından onları qorumaq adı altında pul aldığı, silahla qəsdən sağlamlığa zərər vurma, pul qarşılığında fiziki güc tətbiq etmə ilə borc qaytarma və s. kimi cinayətlərdə əli olduğu bildirilir.