Türkiyədə ər keçmiş arvadını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ədirnə şəhəri Fatih məhəlləsində qeydə alınıb. Polis komissarı olan A.Y. ondan boşanan arvadı S.K.-nın yaşadığı evə gəlib. Aralarında yaranan mübahisə zamanı kişi keçmiş arvadını tapança ilə vuraraq öldürüb.
Məlum olub ki, S.K. da polis məmuru vəzifəsində çalışır.
Araşdırma aparılır.