Salyanda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin T. Xəlilbəyli küçəsində baş verib. Burada şəhər sakini 18 yaşlı İmanov Elvin Azad oğlu ilə həmyerlisi 28 yaşlı Babayev Yusif Bəhram oğlu arasında münaqişə yaşanıb. Münaqişə zamanı Elvin yusifin sol kürək nahiyəsinə 1 ədəd bıçaq xəsarəti yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. E. İmanov şübhəli şəxs qismində saxlanılıb.