Ötən gün yollarda 3 nəfər öldü, 5 nəfər yaralandı -  KRİMİNAL XRONİKA
02 avqust 2022 10:37 (UTC +04:00)

Ötən gün yollarda 3 nəfər öldü, 5 nəfər yaralandı - KRİMİNAL XRONİKA

Avqustun 1-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 39-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 30-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

# 2127
avatar

Sevinc Fərid

Oxşar yazılar