Daşkənddə polis Özbəkistanın yeganə “qanuni oğru”su, kriminal dairələrdə “Baxti Daşkəndski” və “Baxti Yangiabadski” kimi tanınan 52 yaşlı Bəxtiyor Kudratullayevi saxlayıb.
Lent.az xəbər verir ki, bu barədə Prime Crime məlumat yayıb.
Məlumata görə, o, noyabrın 28-də saxlanılıb. Özbəkistanın paytaxtında ümumilikdə 200-ə yaxın kriminal avtoritet, o cümlədən “Saidaziz Medqorodok” kimi tanınan Saidaziz Səidəliyev də tutulub. Səidəliyev və onun dörd yoldaşı saxlanılarkən müqavimət göstəriblər. Qafur Rəhimova yaxın olan kriminal avtoritet Bahodir Sultanov da saxlanılıb.
Bütün təqsirləndirilən şəxslər istintaq təcridxanasındadır. Onlar 10-15 gün müddətinə həbs ediliblər.