Oğuzda kişinin arvadını baltalayıb, sonra isə intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanıb.
Oğuz rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, fevralın 14-ü saat 18 radələrində Oğuz rayonu ərazisində 57 yaşlı Sevinc Rəhimovanın xəsarət alması barədə məlumat daxil olub.
Aparılmış araşdırma zamanı 61 yaşlı Nazim Rəhimovun balta ilə arvadı Sevinc Rəhimovanın baş nahiyəsinə xəsarət yetirərək onu öldürməyə cəhd etməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.