Oğul təsadüfən atasını 50 bıçaq zərbəsi  ilə öldürdü
24 dekabr 2024 15:52 (UTC +04:00)

Oğul təsadüfən atasını 50 bıçaq zərbəsi ilə öldürdü

ABŞ-da bir kişi polisə gələrək atasını səhvən bıçaqla vurduğunu deyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 41 yaşlı Ceffri Qedde polis bölməsinə gələrək 75 yaşlı atası Edvard Qeddeyə bıçaqla və əlləri ilə hücum etdiyini deyib.

Polis Qeddenin evinə gələndə adamın artıq öldüyünü görüblər. Dindirmə zamanı Ceffri Qedde atasına bir neçə bıçaq zərbəsi vurduğunu və döydüyünü desə də, hadisəni qəza adlandırıb.

Ertəsi gün yarılma zamanı məlum olub ki, Edvard Qedde təxminən 50 bıçaq zərbəsi alıb. Onun sümüklərinin sınması və baş da daxil olmaqla, küt qüvvə ilə travma aldığı aşkar edilib. Bundan əlavə, kişinin boynunda boğulma əlamətləri olub. Cefri Qedde istintaqın yekununa qədər həbsdə qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518
avatar

Oxşar yazılar