Oğul anasının döşlərini kəsib  binadan atdı
17 fevral 2023 14:38 (UTC +04:00)

Oğul anasının döşlərini kəsib binadan atdı

Rusiyanın Ufa şəhərində çoxmərtəbəli binanın yaxınlığında təqaüdçünün çılpaq bədəni tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, yaşlı qadının meyiti fevralın 16-da tapılmışdı. Məlumata görə, qadını narkotik aludəçisi olan oğlu öldürüb.

Müəyyən edilib ki, anası ilə birgə ümumi mənzilində narkotik bitkilər yetişdirən şəxs ona bıçaqla hücum edib. O, ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Həmçinin barmaqlarını və döş uclarını kəsib. Bundan sonra oğul qadını yeddinci mərtəbənin pəncərəsindən aşağı atıb.

Faktla bağlı araşdırma aparılır.

# 3645
avatar

Oxşar yazılar