“Oğru aləmi”  ilə əlaqələri olan 44 nəfər  tutuldu
14 may 2026 15:51 (UTC +04:00)

“Oğru aləmi” ilə əlaqələri olan 44 nəfər tutuldu

0

Gürcüstan polisi bir sutka ərzində “oğru aləmi” ilə əlaqələrə görə 44 nəfəri saxlayıb, daha 7 nəfərə isə ittiham irəli sürüb.

Lent.az xəbər verir ki, təqsirləndirilən şəxslər arasında xaricdə yaşayan iki “qanuni oğru” Levan Margiya (“Levik Zuqdideli”) və Nodar Şukakidze (“Nodo Qldanski”) də var.

İstintaqın müəyyən etdiyinə görə, saxlanılan şəxslər və “qanuni oğrular” vətəndaşlar arasında maliyyə və kriminal mübahisələri “oğru qanunları” əsasında həll etmək üçün bir-biri ilə əlaqə saxlayıblar.

Belə “oğru razborkaları” zamanı tərəflərdən birinə müəyyən müddətdə pul ödəmək tapşırılırmış. İstintaqın məlumatına görə, müddət pozulduqda həmin şəxslər döyülür və öldürülməklə hədələnirmiş.

Bundan əlavə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Tbilisi küçələrində avtomobillərlə hərəkət edərək müəyyən şəxsləri seçir və onları öz adlarına kredit götürməyə məcbur ediblər. Götürülən pulları isə özləri mənimsəyiblər.

Onlar həmçinin sonradan “qanuni oğrular” adından pul tələb etmək mümkün olan şəxslər barədə məlumatları kriminal aləmə ötürüblər.

Axtarışlar zamanı saxlanılan şəxslərdən mobil telefonlar, əlaqə vasitələri və silahlar götürülüb.

Saxlanılanları 15 ilədək həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar