Oğlanı sevgilisi öldürdü,  cinayəti mesajlar açdı
06 sentyabr 2023 17:27 (UTC +04:00)

Oğlanı sevgilisi öldürdü, cinayəti mesajlar açdı

Türkiyədə 34 yaşlı kişi keçmiş sevgilisi tərəfindən öldürülüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulda öz maşınında yaralı halda tapılan Həsən Kaymaz aparıldığı xəstəxanada ölüb. H. Kaymazın cib telefonuna gələn son mesajlar ilə qatilin onun keçmiş sevgilisi Merve A. olduğu müəyyənləşib. Qadın polis tərəfindən saxlanılıb.

Qətldə şübhəli olan keçmiş sevgili Həsən Kaymazla danışmaq üçün görüşdüklərini, daha sonra isə aralarında yaranan mübahisə nəticəsində Kaymazı bıçaqladığını etiraf edib. O, hadisə zamanı istifadə etdiyi bıçağı da iş yerində qoyduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4422
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar