“Niyə onun əvəzinə pul ödəməli idim?" - 2 milyon mənimsəyən
24 dekabr 2025 16:59 (UTC +04:00)

“Niyə onun əvəzinə pul ödəməli idim?" - 2 milyon mənimsəyən

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Bakıda vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Şahid Hacıbala Məlikov təqsirləndirilən şəxsi tanıdığını bildirib:

"Mən mobil telefonların satışı ilə məşğulam. Daimi müştərilərdən idi. Gəldi bir dəfə qiymətləri 3000 manat olan iki telefon götürdü, tezliklə ödəyəcəyini söylədi. Amma 3-4 ay keçdi, bu adamdan səs-soraq çıxmırdı. Əhməd mənə dedi ki, Cahangirin bizə də borcu var, gəl sən də şikayət elə, bu adamdan pulumuzu alaq. Mənə pulum lazım idi, ondan əlacsız  qalıb polisə şikayət elədim. Dəymiş ziyan ödəndi deyə şikayətçi deyiləm".

Təqsirləndirilən C.Qəmbərov telefonu özü üçün yox, dostu Nurlan üçün götürdüyünü, onun da pulu ödəmədiyini dedi: "Mən niyə başqasının əvəzindən pul ödəməli idim?".

Növbəti proses 21 yanvar saat 14:30-a təyin edilib.

Xatırladaq ki, ittihamda bildirilir ki, Cahangir Qənbərov müxtəlif vaxtlarda paytaxt sakinləri – fərdi sahibkarlıqla məşğul olan Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından süi-istifadə edərək müxtəlif şərti biznes qurmaq adı ilə aldadaraq onların 2 milyon manatadək pullarını mənimsəyib. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar