Türkiyədə qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Sancaqtəpə adlanan ərazidə baş verib. 40 yaşlı Vahid Tahiroğlu ilə böyük qardaşının arvadı arasında binada xalça yumaq üstündə mübahisə yaşanıb. Tahiroğlu mübahisə zamanı qardaşı arvadını vurub.
Növbəti gün qadının oğlu 30 yaşlı Yalçın ilə əmisi Vahid arasında yenə dava düşüb. Bu zaman Yalçın Tahiroğlu 7 il əvvəl nikah şahidi olan əmisi Vahidi güllələyib. Hadisə zamanı yanında olan 5 yaşlı əmisi oğlu isə yaralanıb.
Hadisəni törədən saxlanılıb.