Neftçalada gənc oğlan həmkəndlisini GÜLLƏLƏDİ
01 sentyabr 2023 13:26 (UTC +04:00)

Neftçalada gənc oğlan həmkəndlisini GÜLLƏLƏDİ

Sentyabrın 1-də səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 53 yaşlı şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini, 29 yaşlı Hüseynov Hüseyin müəyyən edilərək saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2954

Oxşar yazılar