Naxçıvanda iki uşaq anasının asılmış meyiti tapıldı,  əri tutuldu
24 mart 2025 17:55 (UTC +04:00)

Naxçıvanda iki uşaq anasının asılmış meyiti tapıldı, əri tutuldu

Naxçıvanda qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Sədərək rayon sakini, 25 yaşlı Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma zamanı qadının əri, 33 yaşlı Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

A.İbrahimli şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Sədərək rayon prokurorluğunda cinayət işi başlanıb.

Onların iki övladının olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1474

Oxşar yazılar