Naftalanda silah-sursat aşkarlandı-FOTO
02 fevral 2021 14:59 (UTC +04:00)

Naftalanda silah-sursat aşkarlandı-FOTO

Naftalan şəhərində silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinə şəhər ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal şəhər Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 1 ədəd 60 mm-lik minaatan mərmisi, 2 ədəd alıştırıcısı üzərində olan, 1 “F-1”, 3 ədəd “RQN” əl qumbaraları, ümumilikdə 74 ədəd müxtəlif kalibirli avtomat patronları, 3 ədəd müxtəlif silahlara məxsus avtomat darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 2481
avatar

Mehman Nəbiyev

Oxşar yazılar