Rusiyanın paytaxtı Moskvanın Mıtişi rayonunda kriminal avtoritetlərə qarşı əməliyyat keçirilib.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, burada 50-dən çox avtoritetin toplantısına basqın edilib.
Məlumata görə, kriminal aləmin liderləri fevralın 6-da 1-ci Proletarskaya küçəsində yerləşən “Qranda” restoranına toplaşıblar. Axşama doğru hüquq-mühafizə orqanlarının maşınları müəssisəyə gəlməyə başlayıb, ərazi mühasirəyə alınıb. Ziyarətçilərdən bəziləri qaçmağa çalışsalar da, saxlanılıblar.
Ümumilikdə polis şöbəsinə Azərbaycandan 48, Dağıstandan iki, həmçinin Ermənistan və Tacikistandan olan nəfər gətirilib. Onların telefonları, odlu silahları götürülüb.