"Məzun gecəsi"ndə qan töküldü - Direktor nələr danışdı?  - VİDEO
21 iyun 2021 13:55 (UTC +04:00)

"Məzun gecəsi"ndə qan töküldü - Direktor nələr danışdı? - VİDEO

Sabirabadda 17 yaşlı qızı bıçaqlayan şəxs tutulub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qaralar kəndi ərazisində, “Ana Kür” restoranında qeydə alınıb.

Orada təşkil olunan "məzun gecəsi"ndə 17 yaşlı Nəsirzadə Nigar Anar qızı kürək nahiyəsindən bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 19 yaşlı Qasımlı Sübhan Eldəniz oğlu saxlanılıb.

Mətbuatda yazılanlara görə, Sübhanla bıçaqlanan qız nişanlı imiş. 

Bıçaqlanmanın onların arasında yaranan münaqişə zəminində baş verdiyi qeyd olunur. 

Lent.az "məzun gecəsi"ni qeyd edənlərin oxuduğu məktəbin direktoru ilə əlaqə saxlayıb. 

Bıçaqlanan 17 yaşlı Nigar Nəsirzadənin oxuduğu Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbin direktoru Könül Ağayeva Lent.az-a açıqlamasında bildirib ki, şagirdlər bazar günü məktəbə və müəllim heyətinə xəbər etmədən restoranda məzun yığıncağı təşkil ediblər: “Yığıncaq tamamilə məktəbdən kənar təşkil edilib. Heç məktəbə bu barədə məlumat da verilməyib. Nigar çox savadlı və nümunəvi şagirdimiz olub. Sübhan da 2-3 il əvvəl məktəbimizi bitirib. Hərbi xidməti də təzə başa vurub gəlib. Hadisə barədə Nigarın sinif rəhbəri ilə də danışdım. Onun Sübhanla nişanlı və ya sevgili olması barədə məlumatımız yoxdur. Sübhan məzun olmadığı təqdirdə niyə yığıncağa gedib onu da bilmirəm. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Araşdırmaların sonunda hər şey məlum olacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5328
avatar

Mehman Nəbiyev

Oxşar yazılar