Ekvadorun Puerto-Lopes şəhərində keçirilən seçkilərdə səsvermənin başlamasına bir neçə saat qalmış sui-qəsd nəticəsində öldürülən merliyə namizəd Omar Menendes qalib gəlib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 41 yaşlı Menendes seçki kampaniyasının əməkdaşları ilə birlikdə olduğu otağa girən silahlılar tərəfindən güllələnib.
Hücum zamanı bir yeniyetmə də həlak olub. Hücum edənlər motosikletlə hadisə yerindən qaçıblar. Polis hələ də bunun arxasındakı mümkün motivi araşdırır.
Öldürülən siyasətçinin yerinə Menendesin partiyasının üzvünün mer olacağı gözlənilir.
Omar Menendesin qətli ilə bağlı indiyədək həbs olunan yoxdur.
Bələdiyyə seçkiləri Ekvadordakı narkotik ticarəti dəstələrinin artan təsiri ilə əlaqəli çoxalan cinayət dalğası fonunda keçirilib.
Menendes seçki ərəfəsi öldürülən yeganə siyasətçi deyil. İki həftə əvvəl sahilyanı Salinas şəhərinin merliyinə namizəd Xulio Sezar Faraçio da güllələnib.