"Mənə cadu etmisən" İDDİASI:  keçmiş arvadını o qədər döydü ki, qulağı  deşildi
07 aprel 2026 20:15 (UTC +04:00)

"Mənə cadu etmisən" İDDİASI: keçmiş arvadını o qədər döydü ki, qulağı deşildi

0

Abşeronda kişi keçmiş arvadını döyərək qulağının deşilməsinə səbəb olub.

Lent.az xəbər verir ki, hadisə keçmiş ər-arvadın Abşeron rayonu ərazisində birgə yaşadıqları evdə qeydə alınıb.

İttiham aktına görə, 61 yaşlı Fuad İsayev (soyad şərtidir) arvadı ilə rəsmi olaraq ayrılsa da, məhkəmə qərarına əsasən eyni evdə yaşayıblar. Bir gün Fuad keçmiş arvadının falçıların əli ilə
ona “əməl” etdirdiyini iddia edərək qadınla mübahisə edib. Mübahisə zamanı o, qadının başına, qulağına sillə və yumruqla ard-arda zərbələr vuraraq yerə yıxıb. Nəticədə qadının qulaq pərdəsi deşilib və bir sıra digər xəsarətlər alıb.

Qadının şikayəti əsasında Fuad İsayev saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisədən sonra keçmiş arvadı ilə bir yerdə yaşamır və 2 övladı üçün aliment ödəyir. O həmçinin əməlindən peşman olduğunu bildirib və buna görə də barəsində ədalətli qərar verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə F. İsayev barəsində 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar