Məmurları, kriminal avtoritetləri öldürən  killer dəstəsi   saxlanıldı
06 dekabr 2023 16:15 (UTC +04:00)

Məmurları, kriminal avtoritetləri öldürən killer dəstəsi saxlanıldı

Polis, istintaqın versiyasına görə, Rusiya nazirinin müşavirinin öldürülməsində, eləcə də digər oxşar hadisələrdə iştirak edən mütəşəkkil cinayətkar qruplaşmanın liderini və iştirakçılarını saxlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volka istinadən xəbər verilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, mütəşəkkil cinayətkar qrup 90-cı illərin sonlarında meydana çıxıb. Buraya hərbçilər, polislər və mülki şəxslər daxil olub. Ehtimal olunur ki, 1998-ci ildən indiyədək dəstə Moskvada və Rusiyanın bir sıra digər regionlarında sifarişli qətllər və adam oğurluğu təşkil edib və həyata keçirib.

İstintaq hesab edir ki, dəstə 30-dan çox cinayət, o cümlədən 2002-ci ildə Odintsovoda dəmir yolları nazirinin müşavirinin qətli, 2003-cü ildə Dövlət Duması aparatının məsləhətçisinin həyatına, Moskvadakı Krasnoqvardeyski bazarının sahibi və 2004-cü ildə ortağına qarşı sui-qəsd, oğurluq və qətl törədib.

Qeyd olunur ki, mütəşəkkil cinayətkar dəstənin lideri uzun müddət Ukraynada yaşayıb, orada yaşamaq icazəsi varmış. 2023-cü ilin yazında o və daha altı dəstə üzvü saxlanılıb. Daha sonra təhlükəsizlik qüvvələri daha 8 nəfərin cinayətlərdə iştirakını müəyyən etməyə nail olub. Saxlanılan şəxslərin hamısı barəsində həbs-qətimkan tədbiri seçilib.

* 2002-ci ildə Odintsovo şəhərində Rusiya Dəmir Yolları Nazirinin müşavirinin qətli;

* 2002-ci ildə Moskvada kommersiya şirkətinin sahibi və onun mühasibinin oğurlanması və öldürülməsi;

* 2003-cü ildə Moskvada Dövlət Duması Aparatının məsləhətçisini öldürməyə cəhd;

* 2002-2003-cü illər arasında cinayət iyerarxiyasında bir neçə yüksək rütbəli şəxsin qətli;

* 2004-cü ildə Moskvada Krasnoqvardeyski bazarının sahibini və onun ortağını oğurlayıb qətlə yetirmə.

1990-cı illərdən müqavilə əsasında cinayətlərdə iştirak edən qruplaşmanın üzvləri arasında Rusiya Qvardiyasının hazırkı əməkdaşları da olub. Bu barədə Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin rəhbəri Aleksandr Xinşteyn Telegram kanalında məlumat verib.

Onların arasında “Vaşaq” Xüsusi Çevik Reaksiya Dəstəsinin (SOBR) “Lynx” qərargah rəisi Aleksey Alpatov və polisin xüsusi təyinatlılar qərargahının əməliyyat komissarı Sergey Volostnıx da var. Əvvəllər Volostnıx Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin “Qrom” xüsusi təyinatlı dəstəsinin əməkdaşı olub.


 

# 3114
avatar

Oxşar yazılar