Məktəblini bıçaqlayan azərbaycanlı HAKİM QARŞISINDA
04 iyun 2024 09:31 (UTC +04:00)

Məktəblini bıçaqlayan azərbaycanlı HAKİM QARŞISINDA

Rusiyanın Voronej şəhərində 15 yaşlı yeniyetməni boyun nahiyəsindən yaralayan azərbaycanlının cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, müstəntiqlər yeniyetməyə hücum edərək boyun nahiyəsindən xəsarət yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi, “h” bəndi ilə açılan cinayət işini başa çatdırıblar.

Xatırladaq ki, Voronej xəstəxanalarından birinin həkimləri 2023-cü ilin avqustunda baş vermiş insidentlə bağlı yerli polis idarəsinə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının nümayəndələri müəyyən ediblər ki, Voronej şəhərinin Şimal mikrorayonunun Vladimir Nevski küçəsindəki yaşayış binasından bir qədər aralıda 54 yaşlı azərbaycanlı miqrant əvvəlcə 15 yaşlı yeniyetməni döyüb, sonra isə onun boyun nahiyəsinə bıçaqla zərbələr endirib. 15 yaşlı məktəbli ağır bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb.

Şübhəli şəxs saxlanılıb. Azərbaycanlıya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin “h” bəndi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb. Maksimum cəza 10 ilə qədər həbsdir. Azərbaycan əsilli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3603
avatar

Mehman Nəbiyev

Oxşar yazılar