Məktəblilər arasında KÜTLƏVİ DAVA:  döyüb öldürdülər
25 aprel 2025 10:56 (UTC +04:00)

Məktəblilər arasında KÜTLƏVİ DAVA: döyüb öldürdülər

Başqırdıstanın Neftekamsk şəhərində 9-cu sinif şagirdi davanı ayırdığı üçün öldürülüb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Kaltasinski rayonunda baş verib. Mərhumun atasının sözlərinə görə, oğlu dostunun evinə gecələməyə gedib. Bu zaman uşaqlar özlərindən böyük oğlanlarla rastlaşıblar.

Tərəflər arasında dava başlayıb və məktəbli onu dayandırmağa çalışıb. Buna görə də qarşı tərəfdən 17 yaşlı oğlan onu döyüb. 9-cu sinif şagirdi tibb müəssisəsinə yerləşdirilsə də, onu xilas edə bilməyiblər. Həkimlər ona beyin ödemi və çoxsaylı hematoma diaqnozu qoyublar.

Hazırda faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1118

Oxşar yazılar