Məhkəmə "qanuni oğru"ilə bacarmadı:  hökm ləğv olundu
12 dekabr 2025 14:38 (UTC +04:00)

Məhkəmə "qanuni oğru"ilə bacarmadı: hökm ləğv olundu

0

Rusiyada birinci apellyasiya məhkəməsi tanınmış “qanuni oğru” barəsində yeni qərar verib.

Lent.az xəbər verir ki, qərara əsasən cinayətkar iyerarxiyada ali mövqe tutmaq və xüsusilə iri miqdarda narkotik vasitələrin satılmasına cəhd işi üzrə “Rams” ləqəbli qanuni oğru Sergey Brajenski barəsində çıxarılmış hökm ləğv edilib.

Qərarda bildirilib ki, “ittiham hökmü ləğv edilərək iş yenidən məhkəmə baxışına göndərilib”.

İstintaqın müəyyən etdiyinə görə, Brajenski 1993-cü ildən etibarən “qanuni oğru” statusuna malik olub. O, Moskva və Moskva vilayəti ərazisində fəaliyyət göstərən mütəşəkkil cinayət qruplarının fəaliyyətini koordinasiya edib, həmçinin digər kriminal avtoritetlərlə, o cümlədən “Şişkan” ləqəbli Oleq Medvedevlə əlaqələr saxlayıb.

“Rams” 2021-ci ildə saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik maddə götürülüb. Brajenskiyə qarşı işə 2024-cü ilin iyul ayında baxılmağa başlanılıb.

Qeyd edək ki, Moskva vilayət məhkəməsi bu ilin may ayında Ramsı doqquz il üç ay müddətinə ciddi rejimli həbsxanada azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar