Maşından 6 kilodan çox narkotik tapıldı
02 fevral 2021 13:16 (UTC +04:00)

Maşından 6 kilodan çox narkotik tapıldı

Biləsuvarda Bakı sakini olan narkotacirlər saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilnə məlumata görə, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri keçiriblər. Nəticədə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mənsimovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 5 kiloqram 820 qram heroin və 292 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

E.Mənsimov və sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıblar.

# 2010
avatar

Mehman Nəbiyev

Oxşar yazılar