Maşında meyit varmış, dedi iylənmiş yeməkdi – ŞAHİD İFADƏSİ
07 may 2026 15:11 (UTC +04:00)

Maşında meyit varmış, dedi iylənmiş yeməkdi – ŞAHİD İFADƏSİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Fazil Feyzullayev və Abbasov Ülvinin cinayət işi üzrə məhkəmə  prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə  şahidin ifadəsi ilə davam edib.

Şahid G.B  təqsirləndirilən şəxsləri əvvəllər tanımadığını bildirib:

"4 avqust 2025-ci ildə Bakı Göyçay yolunu gedəndə "Nissan" markalı avtomobil anidən yoluma çıxdı. Mən bu adamın (təqsirləndirilən Fazil Feyzullayevə işarə edir) olduğu maşını saxlayıb "Niyə təhlükəli sürüb qəza şəraiti yaradırsan?" -deyə soruşdum. O dedi ki "Üzrlü sayın, görmədim. Maşında iylənmiş yemək var, onu atmağa çalışıram".

Ona irad tutub buranın zibilxana olmadığını bildirdim. Sonra çıxıb getdim. Mən maşında meyit olduğunu bilmirdim".

Növbəti proses 4 iyuna təyin olunub.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də paytaxtın Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.

Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar