Türkiyədə ər arvadını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Seyhan qəsəbəsində baş verib. Təqaüdə çıxan hərbçi 53 yaşlı Yaşar Ergül avtomobillə şəhər çıxışına gedəcəyini bildirib. Arvadı 35 yaşlı Seda Ergül buna etiraz edərək avtomobilin ona lazım olduğunu deyib.
Yaranan münaqişə zamanı Y. Ergül 3 uşağının gözü önündə arvadına tapançadan atəş açıb. Nəticədə qadın ölüb.
Hadisədən sonra ər qaçmağa çalışsa da, yaxınlıqdakı küçədə gəzərkən saxlanılıb.
Qızının qətlə yetirildiyini eşidən ata Hacı Ömer Güveloğlu binanın önünə gələrək, ağlayıb və infarkt keçirib.