Mahnı sifarişi üçün DSX əməkdaşını  öldürən saxlanıldı
16 mart 2023 10:18 (UTC +04:00)

Mahnı sifarişi üçün DSX əməkdaşını öldürən saxlanıldı

Bakıda qətl hadisəsi ilə bağlı xəbər vermişdik.

Lent.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu "20 Yanvar" metrosu yaxınlığındakı restoranda musiqi sifarişi üstündə baş verən davada 35 yaşlı Cəsarət Vəliyev ölüb, 29 yaşlı Camal Həsənov isə xəsarət alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nəsimi rayonu ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub. Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralanan şəxslər Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır

# 4128
avatar

Mehman Nəbiyev

Oxşar yazılar