Lənkəranda tapılan yanmış meyitin kimliyi müəyyən olunub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 53 yaşlı Cahangirov Əli Eldar oğlu olduğu müəyyən edilib.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirlir.
***
17:13
Lənkəranda meyit tapılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Lənkəran rayonunun Kiçik Bazar deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb. Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Meyitin kimliyi və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.