Sverdlovsk vilayətində bir kişi ondan ayrılan arvadını girov götürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 32 yaşlı Yekaterinburq sakini 41 yaşlı sevgilisindən ayrıldıqdan sonra ondan qisas almaq qərarına gəlib. Cütlük müntəzəm olaraq mübahisə edirmiş və nəticədə qadın anasının yanına köçüb.
Oktyabrın 25-də küçədə keçmiş partnyorunu görən kişi onu tənha yerdə danışmağa dəvət edib. O, zərərçəkmişi qaraja aparıb, orada ona hücum edib və döyməyə başlayıb. Qadın keçmiş ərini ayaqları ilə dəf etsə də, kişi onu zərərsizləşdirməyin yolunu tapıb. O, çəkic və mismar götürərək qadının ayaqlarını taxtaya mıxlayıb.
Daha sonra sakitləşib, mismarları çıxarıb və zərərçəkmişdən onu Asbestə aparmasını tələb edib. Qadın imtina etdiyi üçün kişi yenidən qəzəblənib.
Əsəbi kişi qadının üzərinə benzin tökərək yandırıb, lakin dərhal söndürüb. Qorxmuş qadın sükan arxasına keçərək şəhərdən kənara çıxsa da, ilk fürsətdə qəza törədib. Digər avtomobillə toqquşma onun həyatını xilas etsə də, həkimlər onu ağır vəziyyətdə aşkar edərək xəstəyə yuxarı ətrafların, ombanın, yuxarı tənəffüs yollarının, boyun və üz nahiyəsinin ümumi sahəsinin 15-20% yanıq diaqnozu qoyublar.
Kişi meşədə gizlənməyə müvəffəq olsa da, sonradan saxlanılıb.