Türkiyədə oğlan sevgilisini küçədə öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Beyoğlu adlanan ərazidə baş verib. 30 yaşlı Başak Tekin küçədə keçmiş sevgilisi 31 yaşlı Özgür Kemalla qarşılaşıb. Onlar arasında mübahisə yaranıb v. Qadın getmək istəyərkən oğlan onun qolundan tutaraq, getməsinə mane olub.
Bu zaman Özgür Kemal tapança ilə Başaka bir neçə dəfə atəş açıb. Daha sonra həmin silahla öz başına da atəş açaraq intihar edib.
Araşdırma aparılır.