Keçmiş məhkum odlu silahla tutuldu
27 iyun 2023 18:22 (UTC +04:00)

Keçmiş məhkum odlu silahla tutuldu

Bakı sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Nəticədə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Allahverdiyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

Araşdırma aparılır.

# 2433
avatar

Oxşar yazılar