Keçmiş əsgərlərdən ibarət  oğru dəstəsi   yaxalandı
25 yanvar 2024 19:19 (UTC +04:00)

Keçmiş əsgərlərdən ibarət oğru dəstəsi yaxalandı

İspanya’da lüks evleri soyan Doğu Avrupa kökenli eski askerlerden oluşan çete, polisin çalışmaları ile çökertildi.

İspaniya polisi ölkənin cənubundakı Malaga şəhərində lüks evləri qarət etdikləri iddia edilən Şərqi Avropa əsilli keçmiş əsgərlərdən ibarət dəstəni yaxalayıb. 

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, reyd zamanı Albaniyadan gəldiyi deyilən qrup rəhbəri də daxil olmaqla 6 nəfər saxlanılıb, qızıl-zinət əşyaları, saatlar, pul və silahlar ələ keçirilib.

 Əksəriyyəti Marbella şəhərində dəbdəbəli evlərdən və iş yerlərindən 71 oğurluğa qarışdığı bildirilən dəstənin soyğunçuluq və oğurluqda çox “bacarıqlı” olduğunu bildirən polis deyib: “Hərbi texnika bilgiləri ilə, piyada və ya nəqliyyat vasitələri ilə hərəkət edərkən ciddi şəxsi təhlükəsizlik və anti-nəzarət tədbirlərindən istifadə ediblər”.

Dəstə başçısının bütün oğurluqlarda iştirak etdiyi və əlində silah olduğu bildirilərkən, polis qrup rəhbərinin “mütəxəssis” olduğunu bildirərək, dəstənin yerli iş adamının köməyi ilə yaxalandığını da bildirib. Saxlanılan 5 nəfərin milliyyəti açıqlanmasa da, dəstənin Malaga şəhəri ilə Estepona və Torremolinos şəhərlərindəki evləri hədəfə aldığı bildirilib.

# 4533
avatar

Oxşar yazılar