Amerikanın Massaçusets ştatında keçirilən kahin mərasimində bədbəxt hadisə yaşanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mərasim iştirakçılarından biri olan Latache Sanders adlı qadın iki oğlunu öldürüb.
Sanders 5 və 8 yaşlı övladlarını əvvəlcə bıçaqlayıb. Daha sonra uşaqların cəsədlərini yuyub və çarpayılara qoyub. Cinayət yerini təmizləyib.
Polis şikayət əsasında qadının evinə gəlib və bu mənzərə ilə qarşılaşıb.
Latache Sanders məhkəmədə cinayətləri etiraf edib. O, bunu ritualın bir hissəsi olduğu üçün törətdiyini deyib.
Ona ömürlük həbs cəzası verilib.
Latache Sanders