Prestijli Kral Biologiya Cəmiyyətində çalışan britaniyalı alim Kolumbiyada qətlə yetirilib. Alessandro Koattinin parçalanmış cəsədi Santa Marta şəhərindəki dərəyə atılan çamadanda tapılıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, polis onun yalnız başını, qollarını və ayaqlarını tapıb. Gövdəsi və digər bədən hissələrinin axtarışları davam edir.
Santa Martanın mənzərəli tarixi mərkəzindəki hosteldə qalan Koatti sonuncu dəfə cümə günü görülüb. Onun rayonda tətildə olduğu güman edilir.
Onun qaldığı otelin işçisi polisə bildirib ki, Koatti bir neçə dəfə Santa Martadan 45 dəqiqəlik məsafədə yerləşən Mincaya getmək istəyib. Bu şəhər Sierra Nevada dağ silsiləsinin "ekoloji paytaxtı" adlanır. Orada turistlər cəngəllikdə gəzə və şəlalələrə heyran ola bilərlər.
Onun qalıqlarının bazar günü bir qrup uşaq tərəfindən aşkar edildiyi bildirilir.
Santa Marta şəhərinin meri Karlos Pinedo Kuello Alessandro Koattini qətlə yetirənlərin tapılmasına kömək edəcək məlumatlar verənlərə 10 min funt sterlinq mükafat təklif edib.
O, İtaliya vətəndaşı Alessandro Koattinin ölümünü araşdırmaq üçün hakimiyyətə qüvvələri birləşdirməyi tapşırıb: "Bu cinayət cəzasız qalmayacaq. Cinayətkarlar bilməlidirlər ki, Santa Martada cinayət yoxdur. Biz onları məsuliyyətə cəlb edənə qədər təqib edəcəyik".
İstintaqın hazırkı mərhələsində Koattinin qətlində cinayətkar qrupun əli olduğuna dair heç bir sübut yoxdur.
Mediada yayılan xəbərlərə görə, molekulyar biologiya sahəsində araşdırmaları olan 42 yaşlı Alessandro Koatti 2017-ci ilin aprel ayından Kral Biologiya Cəmiyyətində çalışır. Əvvəlcə Elm Siyasəti Məmuru, son altı ildə isə eyni bölmədə Baş Mütəxəssis vəzifəsində çalışıb.