İsmayıllıda gənc oğlan qohumunu  bıçaqladı
03 iyun 2024 10:26 (UTC +04:00)

İsmayıllıda gənc oğlan qohumunu bıçaqladı

0

İsmayıllıda bıçaqlanma olub. 

Lent.az xəbər verir ki, hadisə ötən gecə İsmayıllı rayonunda qeydə alınıb. Rayon sakini, 31 yaşlı  Mərhəmət Quliyev aralarında yaranan mübahisə zəminində qohumu, 1985-ci il təvəllüdlü Namiq İbrahimova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb, izahatlar alınıb və xəsarətlə bağlı ekspertiza təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2815

Oxşar yazılar