İyulun 17- də saat 14 radələrində İsmayıllı rayonu, Təzəkənd kəndində 35 yaşlı Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 38 yaşlı Bədəlov Etibar Əbülfəz oğlu saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.
Araşdırma aparılır.
***
saat 14:51
İsmayıllıda qətl törədilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, iyulun 17-si saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 35 yaşlı Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.