İş adamına silahlı HÜCUM:  avtomobilindən düşəndə öldürdülər
05 yanvar 2024 12:09 (UTC +04:00)

İş adamına silahlı HÜCUM: avtomobilindən düşəndə öldürdülər

Türkiyədə iş adamı öldürülüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə İstanbulun Başakşehir qəsəbəsində baş verib. Abdülkadir Altuğrul yaşadığı binanın həyətində avtomobilindən düşərkən naməlum şəxsin silahlı hücumuna məruz qalıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım həkimləri onun öldüyünü müəyyən ediblər.

Polisin keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər saxlanılıb.

# 5175
avatar

Oxşar yazılar