Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində silahlı insident nəticəsində ər öldürülüb, arvadı isə yaralanıb.
Lent.az xəbər verir ki, sakinlər cinayətin qadının keçmiş həyat yoldaşı tərəfindən törədildiyini bildiriblər. Məlumata görə, cinayətkar əvvəlcə qadını odlu silahla yaralayıb, daha sonra isə onun ərinə bir neçə dəfə atəş açıb.
Qeyd olunub ki, qadın xəstəxanaya çatdırılaraq əməliyyat edilib, lakin əri hadisə yerində ölüb. Qatilin hadisə yerindən qaçdığı bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 19/109-cu maddəsi ilə araşdırma başlayıb.