Göyçayda zaqatalalını öldürən tutuldu - BİRGƏ MƏLUMAT
24 avqust 2024 11:12 (UTC +04:00)

Göyçayda zaqatalalını öldürən tutuldu - BİRGƏ MƏLUMAT

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Göyçay rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, avqustun 20-də 37 yaşlı Ramin Malxasov odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülüb. 

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.  

Cinayət işi üzrə keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin zərərçəkmişin tanışı 29 yaşlı Əhməd Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilərək avqustun 21-də barəsində axtarış elan olunub.

Əhməd Əhmədov avqustun 24-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Qeyd edək ki, öldürülən Ramin Malxasov Zaqatala rayon Yuxarı Tala kənd sakinidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15744
avatar

Oxşar yazılar