Gəncədə bıçaqlanma hadisəsi olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S. Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, Gəncə şəhər sakinləri 2003-cü il təvəllüdlü D. Xəlilov və 2004-cü il təvəllüdlü M. Orucov saxlanılaraq istintaqa təhvil verilib.
Fakla bağlı araşdırmalar davam etdirilir.