Gəncədə 15 yaşlı oğlan  keçmiş arvadını bıçaqladı
14 sentyabr 2024 09:55 (UTC +04:00)

Gəncədə 15 yaşlı oğlan keçmiş arvadını bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, şəhər sakini 18 yaşlı Aygün Əmiraslanova bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.

Qadın əməliyyat olunsa da, vəziyyətinin ağır olduğu deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Murad Əmiraslanov Aygün Əmiraslanovanın keçmiş həyat yoldaşıdır. Onların nikahları qeyri-rəsmi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, onların hər ikisi qaraçı millətinə mənsubdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5442
avatar

Mehman Nəbiyev

Oxşar yazılar