Novqorod vilayətində mənzillərdən birinin eyvanında öldürülmüş 23 yaşlı qızın cəsədi tapılıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Velikiy Novqorod şəhərində qeydə alınıb.
Ana qızının yoxa çıxması ilə bağlı polisə müraciət edib. Qızın yaşadığı mənzildə polislər eyvanda metal çəllək tapıblar. İçində sellofana bükülmüş cəsəd olub.
Məlumatda bildirilir ki, Velikiy Novqorodda yaşayış binalarından birinin eyvanında 2000-ci il təvəllüdlü qızın meyiti tapılıb.
Qətl faktı üzrə istintaq orqanları tərəfindən cinayət işi başlanıb.