Fazil Mustafaya silahlı hücum edənlərin məhkəməsi BAŞLAYIR
30 dekabr 2023 15:16 (UTC +04:00)

Fazil Mustafaya silahlı hücum edənlərin məhkəməsi BAŞLAYIR

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Elnur Nuriyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası gələn il yanvarın 12-nə təyin edilib.

Cinayət işi üzrə Fazil Mustafa zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, bu il martın 28-də deputat Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” markalı  avtomatdan atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5409
avatar

Oxşar yazılar